Xəbərlər
BMT Mariupolda hərbi əməliyyatları dayandırmağa çağırdı

BEY.AZ informasiya agentliyi xəbər verir
BMT dinc sakinlərin təxliyəsi üçün Mariupolda hərbi əməliyyatları təcili dayandırmağa çağırıb.
bey.az xəbər verir ki, bu haqda BMT-nin Ukrayna üzrə böhran koordinatoru Amin Avad açıqlama verib.
“Mariupolda təhlükə altında 100 minə yaxın insan var. Nə qədər gözləsək, bir o qədər çox insanın həyatı risk altında olacaq. Onların təhlükəsiz şəkildə təxliyə edilməsinə icazə verilməlidir. Sabah çox gec ola bilər”,- deyə Avad bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.





