Xəbərlər

“Çelsi” “Real Madrid”ə məğlub olub

BEY.AZ informasiya agentliyi xəbər verir


UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk iki matçına yekun vurulub.

bey.az xəbər verir ki, gecənin maraqla gözlənilən matçı İngiltərədə “Çelsi” ilə İspaniya “Real Madrid“i arasında baş tutub. Görüş “Real Madrid“in 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Kərim Benzema het-trik edərək komandasına qalibiyyət qollarını bəxş edib. Meydan sahiblərinin yeganə qolunu isə Kay Haverts vurub.

Bundan başqa, gecənin digər matçı da AlmaniyaBavariya“sı ilə İspaniyada “Vilyarreal” arasında olub. “Vilyarreal” 1:0 hesablı qələbəsi ilə meydandan qalib komanda olaraq ayrılıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunları aprelin 12-də olacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

Başa dön tuşu