Xəbərlər

DİN elektrovozla avtomobilin toqquşması ilə bağlı məlumat yayıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Daxili İşlər Nazirliyi (DİN) elektrovozla avtomobilin toqquşması ilə bağlı məlumat yayıb.

DİN-dən bey.az-a daxil olan məlumatda deyilir:

“Fevralın 26-da saat 23 radələrində Xəzər rayonunun Qala dəmir yolu stansiyası ərazisində qorunmayan keçiddə elektrovozla Sumqayıt şəhər sakini Nicat Fərzəliyevin idarə etdiyi “Chevrolet” markalı avtomobil toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən N.Fərzəliyev orada ölüb, sərnişini – Ağdam rayon sakini Y.Yusifzadənin vəziyyəti orta-ağırdır.

Sabunçu Xətt Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır”.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

Başa dön tuşu