Xəbərlər
Ərdoğan tarixi qələbə münasibətilə Türkiyə millisinə təbrik zəngi etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avro-2024-ün seçmə mərhələsində səfərdə Xorvatiyaya 1-0 hesabı ilə qalib gələn Türkiyə millisini təbrik edib.
bey.az xəbər verir ki, Ərdoğan komandanın kapitanı Hakan Çalhanoğlu və baş məşqçi Vinçenso Montella ilə danışaraq onlara təbrikini çatdırıb.





