Xəbərlər

“Ermənistan terroru dövlət səviyyəsində dəstəkləyir”

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Terror Qurbanlarının Xatirəsini Anma Günü ilə bağlı “X” hesabında paylaşım edib.

İlgili Makaleler

bey.az-ın məlumatına görə, paylaşımda deyilir ki, erməni terrorunun qurbanı təkcə Azərbaycan deyil.

“Məlumdur ki, terroru dövlət səviyyəsində dəstəkləyən ölkə olan Ermənistanın terror təşkilatları, o cümlədən ASALA dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədib. Erməni terror təşkilatları Azərbaycana qarşı ərazi iddialarının ardınca 1980-ci illərdən başlayaraq Azərbaycanın mülki əhalisini hədəfə alıblar. Azərbaycanın mülki əhalisinə qarşı ictimai avtobusların və metro qatarlarının partladılması daxil olmaqla 30-a yaxın irimiqyaslı terror aktı törədilib. Bu gün biz erməni terrorunun günahsız qurbanlarının xatirələrini ehtiramla yad edirik”, – XİN-dən bildirilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ermənistan #terroru #dövlət #səviyyəsində #dəstəkləyir

Bir yanıt yazın

Başa dön tuşu