fbpx

Bu rayonlara dolu düşüb

Rüya Yorumları burda

Sentyabrın 17-si saat 10:00-a olan məlumata əsasən, bəzi rayonlarda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir güclənib. 

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Küləyin maksimal sürəti Altıağacda 23 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 28 m/s, Qum adasında 25 m/s, Pirallahı, Maştağada 23 m/s, Neft Daşlarında 20 m/s, Çilov adasında 19 m/s, Binədə 18 m/s, Sumqayıtda 17 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3,2 metrə çatıb.

Hava şəraiti yağmursuz keçib, lakin gündüz saatlarından bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Rüya tabirlerini burdan oku

Sentyabrın 18-i gündüz yağıntının tədricən kəsiləcəyi, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

***

Sentyabrın 17-si saat 16.00-a olan məlumata əsasən, Şəki,  Daşkəsən, Gədəbəy,  Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz,  İsmayıllıda şimşək çaxıb, yağış yağıb.

Küləyin maksimal sürəti: Gəncədə 28 m/s, Naftalanda 26 m/s, Altıağacda 23 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 28 m/s, Qum adasında 25 m/s, Sumqayıtda 24 m/s, Pirallahı, Maştağada 23 m/s, Binədə 21 m/s, Neft Daşlarında 20 m/s, Çilov adasında 19 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,5 metrə çatıb.

Dolu: Saat 14:41-14:43 radələrində Gədəbəy rayonu ərazisinə və Gədəbəy rayonu Duzyurd kəndinə, saat 15:30-15:32 radələrində isə Daşkəsən rayonuna diametri 6-8 mm olan dolu düşüb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu