Xəbərlər
İsrail müharibə vəziyyəti elan etdi

İsrail rəsmi şəkildə müharibə vəziyyətini elan edib.
bey.az xəbər verir ki, bu barədə dövlət radiostansiyası məlumat yayıb.
Hökumət bu qərarı 40-Əlif adlanan bəndi işə salaraq qəbul edib. Sonuncu dəfə bu bənd 50 il əvvəl – Məşhər Günü müharibəsi zamanı qüvvəyə minib.
Radiostansiya bildirib ki, ordu tam hərəkət azadlığı əldə edib.





