Xəbərlər

Konfrans Liqası: “Qarabağ” “Marsel”lə qarşılaşacaq

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qarabağ” bu gün UEFA Konfrans Liqasında Fransanın “Marsel” klubu ilə üz-üzə gələcək.

bey.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektivi “Velodrom” stadionunda Bakı vaxtı ilə saat 00:00-da mübarizəyə başlayacaq. Görüşü monteneqrolu FIFA referisi Nikola Dabanoviç idarə edəcək.

“Marsel” və “Qarabağ” avrokuboklarda ilk dəfə qarşılaşacaqlar. Hər iki komanda cari mövsüm qrup mərhələsində cəmi 1 oyunda uduzub. Fransa təmsilçisi Avropa Liqasında qrup 3-cüsü olduğu, Ağdam klubu isə Konfrans Liqasında mübarizə apardığı H qrupunu 2-ci sırada başa vurduğu üçün pley-offa vəsiqə qazanıb.

UEFA Konfrans Liqası, pley-off mərhələsi

İlk oyun

17 fevral

00:00. “Marsel” (Fransa) – “Qarabağ” (Azərbaycan)

Hakimlər: Nikola Dabanoviç, Milovan Cukiç, Vladan Todoroviç, Miloş Boşkoviç (hamısı Monteneqro)

Marsel, “Velodrom” stadionu.

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 24-də Bakıda keçiriləcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

Başa dön tuşu