fbpx

“Space”in canlı efirində qarşıdurma

Canlı efirdə qarşıdurma: Xanəndə aparıcıya etiraz etdi – VİDEO

 

Space TV-də yayımlanan “Milli Səs” musiqi yarışmasında gərgin anlar yaşanıb.

 

Bey.az  xəbər verir ki, qalmaqal müsabiqədə münsif olan Xalq artisti Aygün Bayramova ilə aparıcı Nübar Əbil arasında olub. Xanəndə iştirakçı Aynur Ağamalıyevanın çıxışından sonra sözün birinci ona verilməməsinə etiraz edib. Hər zaman digər münsif, Əməkdar artist Elnur Zeynalovun birinci çıxış etməsindən narahatlığını dilə gətirib:

 

“Siz niyə sözü birinci Elnur bəyə verirsiz? Dünən də belə etdiniz. Gözləyirdim ki, sözü üçümüzdən birinə verəsiniz. Amma yenə ona söz verdiniz”.

 

 

 

 

Aparıcı isə “Səbəbini bilmirəm. Gərək gələn dəfə test edim ki, niyə belə olur? Təklif edirəm ki, Aygün xanımı alqışlayaq” deyərək studiyadakı ab-havanı dəyişmək istəyib.

 

Məlumat üçün qeyd edək ki, Elnur Zeynalov “Space”in hazırki direktoru Müşfiq Hətəmovun həmkəndlisidir. Onlar hər ikisi Ağdam rayon Güllücə kəndindəndirlər.

Videonu aşağıdakı linkdən izləyə bilərsiniz

https://ok.ru/video/4219058260489

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu