Xəbərlər

20 yaşlı tələbə vəfat etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakı Avrasiya Universitetinin 4-cü kurs tələbəsi Fuad Şəmsi oğlu Nuriyev dünyasını dəyişib.

bey.az xəbər verir ki, Avrasiya Universitetinin regionşünaslıq və iqtisadiyyat fakültəsinin sosial iş ixtisası üzrə təhsil alan Fuad Nuriyev onkoloji xəstəlikdən əziyyət çəkib.

Bir müddət Bakıda müalicə olunsa da, müalicə səmərə vermədiyindən ailəsi onu Moskvaya aparıb. Amma Rusiya paytaxtında da 20 yaşlı tələbəni sağaltmaq mümkün olmayıb, Fuad Nuriyev elə orada vəfat edib.

Mərhumun meyiti Rusiyadan gətirilərək doğulduğu Şəki rayonunun Kiçik Dəhnə kənd məzarlığında torpağa tapşırılıb. 20 yaşı 8 sentyabrda tamam olacaq mərhum ailənin ilk övladı idi.

7d9f721800 resize BEY.AZ

cc4dd04caa 1694025490photo5461176549408625831y BEY.AZ

16709da2dc 1694025460photo5461176549408625834y BEY.AZ





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#yaşlı #tələbə #vəfat #etdi

Bir yanıt yazın

Başa dön tuşu