EvXəbərlər3-ü uşaq olmaqla 4 nəfər öldü

3-ü uşaq olmaqla 4 nəfər öldü

Published on

spot_img

ABŞ-ın Oreqon ştatının Bend şəhərindəki ibtidai məktəbdə atışma nəticəsində üç uşaq və bir böyük daxil olmaqla dörd nəfər həlak olub
BEY.AZ xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.
Həkimlər ən azı iki nəfəri xəstəxanaya çatdırıblar. Hadisə yerində FTB əməkdaşları işləyirlər.
Polisin məlumatına görə, yerli vaxtla saat 13:00 radələrində polis əməkdaşları hadisə yerinə gələnədək atəş açan şəxs artıq məktəbin daxilində güllələnərək öldürülüb.
Bend Polis İdarəsinin mətbuat katibi Şeyla Miller bildirib ki, atəş açan şəxsi kimin öldürdüyü hələlik məlum deyil, lakin “bunun təsadüfi bir yoldan keçən şəxs olması ehtimal edilir”.

İlkin olaraq naməlum kişinin avtomobilə atəş açdığı bildirilirdi, bundan sonra polisə kiminsə məktəbə daxil olduğu və müəssisədə atəş açdığı barədə çoxlu zənglər daxil olub.
“CNN” qeyd edir ki, 2026-cı ildə Birləşmiş Ştatlarda məktəblərdə ən azı 52 atışma hadisəsi baş verib, nəticədə ən azı 28 nəfər həlak olub, 48 nəfər isə yaralanıb.
Hüseyn İbadlı

Latest articles

More like this