EvXəbərlər50 yaşdan yuxarı qadınlar üçün ən dəbli saç düzümləri açıqlandı

50 yaşdan yuxarı qadınlar üçün ən dəbli saç düzümləri açıqlandı

Published on

spot_img

Saç ustaları Kirsten Finniqan və Markos Duran Alvis 50 yaşdan yuxarı qadınlar üçün ən dəbli saç düzümlərini açıqlayıblar.
BEY.AZ xəbər verir ki, mütəxəssislərin şərhlərini “Elle” jurnalı dərc edib.
Ekspertlərin sözlərinə görə, yaş artdıqca saçlar nazikləşir və tökülmə halları çoxalır. Buna görə də onlar saçlara vizual həcm verən və xüsusi qulluq tələb etməyən kəsimlərə üstünlük verməyi məsləhət görürlər.
Siyahıda ilk yerdə açıq rəngli tellərlə tamamlanan çoxqatlı saç kəsimi qərarlaşıb. Mütəxəssislər bu saç düzümünü formaya salarkən saçları ağırlaşdıran, sıx teksturalı vasitələrdən istifadə etməməyi tövsiyə edirlər.
Saç ustalarının diqqət çəkdiyi digər seçim ön hissədə ucları daha dolğun görünən saç kəsimidir. Kirsten Finniqanın sözlərinə görə, bob və düz kəsimli digər saç modelləri nazik saçlar üçün əla seçimdir. Bu kəsimlər saçlara vizual həcm, tekstura və sıxlıq qazandırır, ucların daha qalın görünməsinə kömək edir. Bundan əlavə, piksi və qeyri-bərabər qatlı kəsimləri də sınamaq olar.

Mütəxəssislər yan ayrımlı saç düzümünü də dəbli seçimlər sırasına daxil ediblər. Digər tövsiyə isə başın təpə hissəsinin bütün çevrəsi boyunca qatlarla kəsilən, “halo” adlandırılan saç modelidir. Onların fikrincə, bu model xüsusilə uzun saçlı qadınlara yaraşır.

Siyahıda sonuncu yerdə isə afro buruq saç düzümü qərarlaşıb.
BEY.AZ

Latest articles

More like this