EvXəbərlərADY-də qanvermə aksiyası keçirildi

ADY-də qanvermə aksiyası keçirildi

Published on

spot_img

Dəmir yolu işçilərinin peşə bayramı münasibətilə “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə növbəti qanvermə aksiyası keçirilib.
Bu barədə BEY.AZ-a səhmdar cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, qanvermə aksiyası Respublika Qan Bankı ilə birgə təşkil edilib. Aksiyada ADY-nin müxtəlif struktur bölmələrindən yüzdən çox əməkdaş könüllü iştirak edib.
Məlumata görə, Respublika Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülərək bankın ehtiyat fonduna təhvil verilib.

ADY korporativ sosial məuliyyət çərçivəsində humanitar təşəbbüslərə dəstək verməyə davam edəcək.

Latest articles

More like this