Xəbərlər

Afət Fərmanqızı ƏRƏ GETDİ: Heç yerdə videom ola bilməz

BEY MEDIA İnformasiya agenti xəbər verir


Sabah müğənni Afət Fərmanqızının toyudur.

bey.az Olay.az-a istinadən xəbər verir ki, tanınmış ifaçı Bakının populyar restoranlarının birində şad gününü qeyd edəcək.

A.Fərmanqızı məlumatı təsdiq edib, lakin böyük toy yox, kiçik bir məclis keçirəcəyini vurğulayıb:

“Toy deyil, özüm üçün qonaqlıq edirəm. Yaxın ailə üzvlərimiz olacaq. Bir ay öncə ad günüm olmuşdu, burada olmamışdıq. Nikah üçün Rusiyaya getmişdik. Orada nikah bağladıq. Öz yaxın çevrəmiz üçün qonaqlıq edirik. Şou-biznesdən, həmkarlarımdan heç kim olmayacaq. Məclis ailə arasındadır. Mediaya açıq edərdim, lakin gördüm ki, camaat söyür, qarğış edir, ona görə istəmirəm. Bu məsələ ilə bağlı şəkil, video heç yerdə ola bilməz. Qonaqlarımın da əlindən telefon alınacaq, heç kim orada şəkil də çəkdirməyəcək. Həm ad günümdür, həm nikahımızı, həm də yeni klipimin təqdimatını qeyd edirik”.


1643286012 afetfermanqizi 002 240404497 177505184472940 5819250254519364967 n BEY.AZ1643286016 afetfermanqizi 002 256827843 348598250359179 2954007469552022090 n BEY.AZ1643286019 afetfermanqizi 002 266175374 2461338510669090 1912000598527730043 n BEY.AZ1643286021 afetfermanqizi 002 271672762 4412501232205037 7367262196204921784 n BEY.AZ





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

Başa dön tuşu