Xəbərlər

Azərbaycan və Gürcüstan müdafiə nazirliklərinin nümayəndələri görüşüb

BEY.AZ informasiya agentliyi xəbər verir



İyulun 17-də müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Respublikası Müdafiə Qüvvələri komandanının müavini general-mayor Zaza Çxaidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

bey.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, general-leytenant R.Tahirov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan ilə Gürcüstan arasında digər istiqamətlərdə olduğu kimi hərbi aviasiya və hava hücumundan müdafiə sahələrində də əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb. Qonaqlar, həmçinin Azərbaycan Ordusunda aparılan uğurlu islahatlar barədə məlumatlandırılıb.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən general-mayor Z.Çxaidze öz növbəsində göstərilən diqqətə və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsində bu cür görüşlərin əhəmiyyəti qeyd olunub.

Görüşdə, həmçinin regionda sülhün və təhlükəsizliyin təmin olunması, birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

f6428244a5 64b671c88ec5664b671c88ec57168967828064b671c88ec5464b671c88ec55 BEY.AZ

ed7ceccc77 64b671c89937264b671c899373168967828064b671c89937064b671c899371 BEY.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Azərbaycan #və #Gürcüstan #müdafiə #nazirliklərinin #nümayəndələri #görüşüb

Bir yanıt yazın

Başa dön tuşu