Xəbərlər

Azərbaycan rəqsini təbliğ etdiyi üçün həbs edildi

5fdd6de0 e231 4b8f 829f 22c613ac060d BEY.AZ

Güneyli mədəni fəal və Azərbaycan rəqsini təbliğ edən Peyman İbrahimi Təbriz İstintaq İdarəsinin 15-ci bölməsinə çağırıldıqdan sonra həbs olunaraq zindana atılıb.

bey.az bu barədə “Azad İran” “Telegram” kanalına istinadla xəbər verir.

Onun həbsi “dövlət quruluşuna qarşı təbliğat aparmaq” ittihamı ilə əsaslandırılıb.

Qeyd edək ki, Peyman İbrahimi 2023-cü il avqustun 27-də atasının evində saxlanılmış, iki aydan artıq həbsdə qaldıqdan sonra zaminə buraxılmışdı.

Həmin ilin dekabrında keçirilən məhkəmə prosesində o, “dövlət quruluşuna qarşı təbliğat” və “ölkə rəhbərini (Əli Xameneini) təhqir” ittihamları ilə ümumilikdə 22 ay 17 gün azadlıqdan məhrum edilib.

Bir yanıt yazın

Başa dön tuşu