Xəbərlər

Baş prokuror azad olunmuş ərazilərdə hərbçilərlə görüşdü

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev azad olunmuş ərazilərdə dislokasiya olunan bir neçə hərbi hissəni ziyarət edib.

bey.az xəbər verir ki, bu barədə MN məlumat yayıb. Hərbi hissələrdə yaradılan şəraitlə tanışlıqdan sonra şəxsi heyətlə görüş keçirilib.

Baş prokuror Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə olduğu kimi hərbi sahədə də durmadan inkişaf etdiyini bildirib. Vətən müharibəsində qazanılan şanlı qələbənin bunun bariz nümunəsi olduğunu qeyd edib.

Hərbi qulluqçularla görüşlər zamanı döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyətin daha da yaxşılaşdırılması, kollektivdə münasibətlərin qanunvericilikdə nəzərdə tutulan tələblər və nizamnamələr çərçivəsində qurulması, həmçinin şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, nizam-intizamın, hüquq qaydalarının möhkəmləndirilməsi və digər məsələlər barədə söhbətlər aparılıb.

Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.

c0708e41cf 64ddd46341e7964ddd46341e7a169225942764ddd46341e7664ddd46341e77 BEY.AZ

69ca4b0bbc 64ddd4bef064264ddd4bef0643169225951864ddd4bef064064ddd4bef0641 BEY.AZ

09a06bf10a 64ddd4bf03fb464ddd4bf03fb5169225951864ddd4bf03fb264ddd4bf03fb3 BEY.AZ

8f0a0fd192 64ddd4bedb51564ddd4bedb516169225951864ddd4bedb51364ddd4bedb514 BEY.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Baş #prokuror #azad #olunmuş #ərazilərdə #hərbçilərlə #görüşdü

Bir yanıt yazın

Başa dön tuşu