Xəbərlər

“BBC-nin Azərbaycan həqiqətlərini etiraf etməyə cəsarəti çatmır”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Bu gün dünyada beynəlxalq hüquq kimi beynəlxalq jurnalistika standartları da, media etikasının prinsipləri də böhran keçirir, xüsusən Azərbaycana münasibətdə biz bunun şahidi oluruq”.

bey.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli bu sözləri mayın 1-də şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılış mərasimində deyib.

Media və insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq QHT-lər Sirac və Məhərrəmin öz peşə borclarını yerinə yetirərkən şəhid olmaları faktına yetəri diqqət göstərmədilər. “Sərhədsiz Reportyorlar” hadisənin səbəbini göstərmədən təhrif olunmuş açıqlama yaymışdı.

Medianın İnkişafı Agentliyi belə yanaşmaya etiraz olaraq iki Azərbaycan jurnalistinin Ermənistanın törətdiyi müharibə cinayətinin qurbanı olduqlarını, erməni hərbiçilərinin yerləşdikləri minaya düşərək həyatlarını itirdiklərini və bunun müharibənin

bitməsindən yeddi ay sonra baş verdiyini bildirdik.

Natiq Məmmədli daha sonra bildirib ki, bu yaxınlarda BBC Azərbaycan mediası ilə bağlı geniş məqalə hazırlayıb və yenə də birtərəfli, heç bir balans gözləmədən hazırlanmış materialda Azərbaycan həqiqətləri təhrif olunub. BBC nə üçün Azərbaycanın şəhid jurnalistlərinin həyat hekayəsini anladan materiallar hazırlamır və 44 günlük Vətən Müharibəsində olduğu kimi Azərbaycan həqiqətlərini təhrif etməkdə davam edir. Haqlı olaraq belə qənaətə gəlmək olar ki, BBC-nin Azərbaycan həqiqətlərini etiraf etməyə cəsarəti çatmır.

Xatırladaq ki, 2021-ci il iyun ayının 4-də AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov Ermənistanın 30 illik işğalından azad olunmuş Azərbaycan Respublikasının ərazilərində öz vəzifə borclarını yerinə yetirərkən Kəlbəcər rayonunun Susuzluq kəndində ermənilərin yolun hərəkət istiqamətində yerləşdirdiyi minaya düşərək şəhid olublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İşğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş bir qrup şəxsin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında” Sərəncam imzalayıb.

d9918344f2 whatsapp image 2022 05 01 at 13305 pm BEY.AZ

945c078ab9 whatsapp image 2022 05 01 at 13306 pm4 BEY.AZ

92a1082d8e whatsapp image 2022 05 01 at 13306 pm3 BEY.AZ

3d40583964 whatsapp image 2022 05 01 at 13308 pm8 BEY.AZ

54d798aa3a whatsapp image 2022 05 01 at 13305 pm2 BEY.AZ

79e1f75a49 whatsapp image 2022 05 01 at 13307 pm5 BEY.AZ

5fa611ea78 whatsapp image 2022 05 01 at 13308 pm7 BEY.AZ

26c389a15d whatsapp image 2022 05 01 at 13308 pm9 BEY.AZ

f6b0e55744 whatsapp image 2022 05 01 at 13307 pm6 BEY.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

Başa dön tuşu