Livan parlamenti düzəlişlərdən sonra ölüm hökmünün ləğvi ilə bağlı qanun layihəsini böyük səs çoxluğu ilə təsdiqləyib.
BEY.AZ Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Livanın NNA informasiya agentliyi məlumat yayıb.
Qanun layihəsi qanunun qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətlərə görə ən sərt cəzalar məsələsini həll edir. Parlament sədri Nəbi Berri qeyd edib ki, razılaşdırılmış mətn deputat Corc Ədvanla məsləhətləşmə ilə hazırlanıb və yeni qanunun qəbul edilməsindən əvvəl törədilmiş cinayətlərə görə gücləndirilmiş cəzaların tətbiqi məsələsinin həlli üçün nəzərdə tutulub.
Ölüm cəzası uzun illər Livan qanunvericiliyində formal olaraq qalsa da, onun tətbiqi faktiki olaraq dayandırılıb. Ölkədə sonuncu edam 2004-cü ildə həyata keçirilib.
