Xəbərlər

“Buster” doza üzrə peyvənd olunanların sayı 2 milyonu keçdi

BEY MEDIA İnformasiya agenti xəbər verir


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bey.az-a verilən məlumata görə, bir gündə 34 546 vaksin vurulub.

Belə ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 945, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 889, buster doza üzrə vaksinasiya olunanların sayı isə 29 712 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 971 021, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 228 014, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 740 859, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 002 148 təşkil edir.

  • e848f355c7853335eb492793f9b5c0b6 BEY.AZ





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

Başa dön tuşu