Xəbərlər

Cavid Qurbanovun yerinə bu şəxs GƏTİRİLDİ

BEY.AZ informasiya agentliyi xəbər verir

“Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) rəhbərlik müvəqqəti olaraq qurumun sədr müavini Hicran Valehova həvalə edilib.

bey.az Report-a istinadən xəbər verir ki, bununla bağlı qərar ötən gün səhmdar cəmiyyətində keçirilmiş iclasda qəbul olunub.

İclas ADY-nin Müşahidə Şurasının sədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin sədrliyi ilə baş tutub.

H.Valehov 1968-ci ildə anadan olub, Azərbaycan İnşaat Mühəndisləri Universitetini (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) bitirib, texniki elmlər namizədidir.

O, 1985-2007-ci illərdə Kəlbəcər rayonu Sığorta Müfəttişliyində, “Azəravtoyol” Dövlət Şirkətinin 1 saylı Yol Təmir Tikinti İdarəsində, Yol Fondu İdarəsində, “Elm-İstehsalat Mərkəzi”ndə və Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentində müxtəlif vəzifələrdə çalışıb, 2007-2015-ci illərdə “Azəryolservis” ASC-nin sədr müavini, 2015-2016-cı illərdə ADY sədrinin müşaviri işləyib, 2016-cı ildən sədr müavini təyin edilib.

Xatırladaq ki, mayın 24-də Prezident İlham Əliyevin sərəcamı ilə ADY-nin sədri Cavid Qurbanov vəzifəsindən azad edilərək rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

660624f6bb 025bc5af 8e8f 3cf7 a3c3 159e5a27d5c7 1 BEY.AZ

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

Başa dön tuşu