EvXəbərlərCəbrayılın Şükürbəyli kəndinə və Xocavənd şəhərinə qayıdan ailələrə açarlar təqdim olundu

Cəbrayılın Şükürbəyli kəndinə və Xocavənd şəhərinə qayıdan ailələrə açarlar təqdim olundu

Published on

spot_img

Cəbrayıl rayon Şükürbəyli kəndinə qayıdan 9 ailə – 60 nəfərə yeni mənzillərin açarları təqdim olunub.
BEY.AZ xəbər verir ki, açarların təqdim edilməsi mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Böyük Qayıdış proqramı çərçivəsində bu mərhələdə Xocavənd şəhərinə 16 ailə – 55 nəfər qayıdıb. Sakinlərə yeni mənzillərinin açarları təqdim olunub.
Açarların təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
xxx

Növbəti köç karvanları Cəbrayılın Şükürbəyli kəndinə və Xocavənd şəhərinə çatıb.
BEY.AZ xəbər verir ki, Böyük Qayıdış proqramı çərçivəsində respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan 9 ailə – 60 nəfər Şükürbəylidə mənzil başına çatıb.
Xocavənd şəhərinə isə 16 ailə – 55 nəfər köçüb.
Köç karvanı Xocalı şəhərinə də çatıb. Böyük Qayıdış proqramı çərçivəsində respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan 17 ailə – 78 nəfər Xocalı şəhərinə köçürülüb.
Mənzil başına çatan ailələrə sahib olduqları mənzillərin açarları təqdim ediləcək.
xxx
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə, Xocalı və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb.
BEY.AZ Teleqraf-a istinadla xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Köçürülənlər respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Şükürbəyli kəndinə 9 ailə – 60 nəfər, Xocalı şəhərinə 17 ailə – 78 nəfər, Xocavənd şəhərinə isə 16 ailə – 55 nəfər köçürülür.
Beləliklə, növbəti köç çərçivəsində ümumilikdə 42 ailə – 193 nəfər doğma yurduna qayıdır.
Sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Onlar, həmçinin Azərbaycan Ordusuna, əsgər və zabitlərə minnətdarlıqlarını ifadə edib, torpaqların azadlığı uğrunda şəhid olanların xatirəsini ehtiramla anıblar.

Latest articles

More like this