Xəbərlər

Dövlət xidmətinin yeni binasında nə qədər işçi çalışır?

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Xidmətinin paytaxt Bakıda yeni inzibati binası istifadəyə verilib.

bey.az xəbər verir ki, dünən açılışı edilən bina sosial media istifadəçilərinin marağına səbəb olub.

Belə ki, hündürlüyü 125 metr olan bina 33 mərtəbədən ibarətdir. Yükdaşıyan konstruksiyaları 9 ballıq zəlzələyə davamlı olan binanın hər mərtəbəsi digər mərtəbəyə nisbətdə 2,65 dərəcə dönür və nəticədə fasad müstəvisi 90 dərəcəlik burulma effekti yaradır.

Binanın daha bir diqqətçəkən cəhəti isə yuxarıdan baxanda kürsü mərtəbəsinin Azərbaycanın xəritəsi formasında inşa edilməsi və şərq tərəfdən “Xəzər dənizi” dekorativ hovuzu ilə əhatə olunmasıdır.

Məlumata görə, işçi mərtəbələri 254 otaqdan ibarət olan binada 537 əməkdaşın fəaliyyəti üçün şərait yaradılıb.

485f8ac6fe 20257897 0d26 3c1d 8d12 d6c8c509ad3f BEY.AZ

3ed5bb573d e8688e45 7304 309c adc0 87e6e252d0ad BEY.AZ

44c553b03f 4407c3df be0d 39f4 a8c7 a4fa99f8f03b BEY.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Dövlət #xidmətinin #yeni #binasında #nə #qədər #işçi #çalışır

Bir yanıt yazın

Başa dön tuşu