BEY.AZ informasiya agentliyi xəbər verir
Dünya bazarında neftin qiyməti artıb.
Metbuat.az xəbər verir ki, “ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2022-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,19 artaraq 1 barelə görə 96,78 dollar təşkil edib.
Nyu-Yorkun “NYMEX” əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə “WTI” (Qərbi Texas) markalı neftin 1 barelinin qiyməti 0,26% artaraq 90, 82 dollar təşkil edib.
Təbii qazın isə qiymətində azalma qeydə alınıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.
Sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,06% azalaraq 8,26 ABŞ dolları təşkil edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
