EvXəbərlərDünyanın ən yaxşı qapıçısı çənəsini sındırdı

Dünyanın ən yaxşı qapıçısı çənəsini sındırdı

Published on

spot_img

“Çelsi” klubunun argentinalı qapıçısı Emiliano Martines İngiltərə çempionatı çərçivəsində “Everton”a qarşı keçirilən matç zamanı rəqiblə sərt toqquşma nəticəsində çənəsini sındırıb.
BEY.AZ xəbər verir ki, bu barədə idman şərhçisi Qaston Edul “X”dəki hesabında məlumat yayıb.
Məlumatlı mənbənin bildirdiyinə görə, futbolçu hazırda xəstəxanada qalmaqda davam edir. Bununla yanaşı, kompüter tomoqrafiyasının, eləcə də onurğa sütununun və boyun nahiyəsinin müayinəsinin nəticələrinin ciddi pozuntular aşkar etmədiyi və qənaətbəxş olduğu vurğulanır.
“Everton”la 2:0 hesabı ilə başa çatan görüşün ikinci hissəsinin ortalarında baş verən xoşagəlməz hadisədən sonra idmançı xərəkdə meydandan çıxarılıb. Argentinalı futbolçu rəqib komandanın oyunçusu ilə top uğrunda mübarizə zamanı zədələnib. Hadisədən dərhal sonra tibb işçiləri meydana daxil olaraq qapıçıya ilkin tibbi yardım göstəriblər və onun üzünə oksigen maskası taxıblar.
Hazırda Martinesin 34 yaşı var. O, avqustun 30-da “Çelsi”yə transfer olunub. 2020-ci ilin sentyabrından etibarən argentinalı futbolçu İngiltərənin “Aston Villa” klubunda çıxış edib və 2026-cı ildə həmin komanda ilə Avropa Liqasının qalibi olub. Londonun “Arsenal” klubunun yetirməsi olan Martines bu komandanın heyətində də İngiltərə Superkubokunu (2014, 2015 və 2020-ci illərdə) və İngiltərə Kubokunu (2020-ci ildə) qazanıb.

Qapıçı Argentina milli komandasının heyətində 67 rəsmi oyun keçirib. Martines ölkəsinin əsas komandası ilə 2022-ci ildə dünya çempionu olub, 2026-cı il dünya çempionatında isə ikinci yeri tutub. Bundan əlavə, o, Amerika Kubokunun (2021 və 2024-cü illərdə), eləcə də Finalissima turnirinin (2022-ci ildə) qalibi olub. Futbolçu nüfuzlu France Football nəşrinin təqvim ilinin yekunlarına əsasən ən yaxşı qapıçıya təqdim etdiyi Lev Yaşin adına nüfuzlu mükafata iki dəfə — 2023 və 2024-cü illərdə layiq görülüb.
Hüseyn İbadlı

Latest articles

More like this