Xəbərlər

Elşad Mirbəşir oğlu Praqada keçirilən Beyin Mərkəzləri Sammitində…- FOTO

BEY.AZ informasiya agentliyi xəbər verir

YAP İdarə Heyətinin üzvü, MM-in deputatı, STM İdarə Heyəti sədrinin müavini prof. Elşad Mirbəşir oğlu Praqada keçirilən Asiya-Avropa Siyasi Forumunun 4-cü iclası çərçivəsində keçirilən Beyin Mərkəzləri Sammitində iştirak edib.

287252252 352890310283972 3213780403404850268 n.jpg? nc cat=109&ccb=1 7& nc sid=ae9488& nc ohc=OuSqNDCrgbAAX98fgsl& nc ht=scontent.fgyd4 3 BEY.AZ

bey.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti 10-12 iyun tarixlərində Çex Respublikasının Praqa şəhərində keçirilən Asiya-Avropa Siyasi Forumunun (AEPF) 4-cü iclasında iştirak edib.

287230857 765602994452228 3166020429350411648 n.jpg? nc cat=104&ccb=1 7& nc sid=ae9488& nc ohc=LzELLJraQE8AX mPxX3& nc ht=scontent.fgyd4 2 BEY.AZ

YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyəti sədrinin müavini prof. Elşad Mirbəşiroğlu Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (İCAPP) və Avropa Parlamentinin Avropa Mühafizəkarlar və İslahatçılar (ECR) Qrupu tərəfindən təşkil olunan AEPF-nin iclası çərçivəsində keçirilən Beyin Mərkəzləri Sammitində çıxış edərək Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyəti, nəşrləri, beynəlxalq əməkdaşlığı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

287288236 794231218607497 2920823749154594512 n.jpg? nc cat=107&ccb=1 7& nc sid=ae9488& nc ohc=SoT5F5YX iEAX JAxpx& nc ht=scontent.fgyd4 2 BEY.AZ

Qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında 2019-cu ildə yaradılan Mərkəz Azərbaycanda həyata keçirilən islahatların tərkib hissəsi olmaqla dövlət idarəçiliyində analitik yanaşmanın və beyin mərkəzlərinin rolunun artmasına xidmət edir.STM-in üç illik fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən bəhs edən prof. Elşad Mirbəşir oğlu çıxışının sonunda tədbirdə iştirak edən Asiya və Avropanın müxtəlif Beyin mərkəzlərinin nümayəndələrini STM ilə əməkdaşlığa dəvət edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

Başa dön tuşu