“Saudia Airlines” aviaşirkətinə məxsus təyyarə Ər-Riyad hava limanında terminalın qarşısında dayanarkən ciddi zədələnib və yanıb.
Pubika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi üç mənbəyə istinadla məlumat yayıbb.
Bildirlib ki, təyyarəyə raketin zərərsizləşdirilməsindən sonra düşən qalıqlar və ya başqa bir mərmi dəymiş ola bilər.
İlkin məlumatlara görə, hadisə baş verən zaman təyyarənin göyərtəsində sərnişin olmayıb. Buna baxmayaraq, mənbələr insident nəticəsində insanların xəsarət almış ola biləcəyini istisna etməyiblər.
Agentliyin yazdığına görə, insident husilərin Səudiyyə Ərəbistanına qarşı hücumları gücləndirdiyi bir vaxtda baş verib. Husilər krallığın hava məkanını və neft obyektlərini raket zərbələri ilə hədəfə alaraq ölkəyə qarşı kampaniyanı genişləndirməyə çalışırlar. Məlumata görə, Səudiyyə Ərəbistanının hakimiyyət orqanları və Saudia aviaşirkəti “Reuters”in şərh almaq üçün göndərdiyi sorğuya cavab verməyiblər.
Agentlik həmçinin “Lufthansa” və “Air India” aviaşirkətlərinin hücumlardan sonra Ər-Riyada uçuşları dayandırdığını yazır.
Oktyabrın 3-də husilər Ər-Riyadda “Saudi Aramco” neft şirkətinin obyektinə zərbə endirdiklərini bildiriblər. Həmin vaxt Yəmən husilərinin silahlı qüvvələrinin rəsmi nümayəndəsi Yəhya Səriya raket və dron hücumları nəticəsində obyektdə çoxsaylı yanğınların baş verdiyini açıqlayıb.
Hüseyn İbadlı
