Fransada lisey şagirdlərinin etiraz aksiyaları zamanı polis 5000-dən çox şəxsi saxlayıb.
BEY.AZ xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nunyes “TF1” telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, yalnız oktyabrın 2-də 1747 nəfər saxlanılıb. Nazir həmin gün 735 təhsil müəssisəsində nümayiş keçirildiyini, 158 məktəbin isə zərər gördüyünü qeyd edib.
Fransada yuxarı sinif şagirdlərinin keçirdiyi etiraz aksiyalarında 600 nəfər saxlanılıb.
BEY.AZ xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, nümayişlər ölkə üzrə 564 təhsil müəssisəsinin qarşısında keçirilir və məktəblərin fəaliyyətinə mane olur.
Etirazlar ötən həftə İl-de-Frans regionunda başlayıb və hazırda Fransanın bütün ərazisinə yayılıb. Şagirdlər dərs cədvəllərinin həddən artıq yüklənməsinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər.
