EvXəbərlərMessi bu klubun sahibi oldu

Messi bu klubun sahibi oldu

Published on

spot_img

“İnter Mayami”nin argentinalı futbolçusu Lionel Messi İspaniyanın ikinci liqasında çıxış edən “Eldense” klubunun sahibi olub.
BEY.AZ xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Lionel Messi “Eldense” klubunun əvvəlki əsas səhmdarı olan “TH Soluciones Group” şirkətindən səhmləri əldə edib. Tərəflər arasında razılaşmanın maliyyə detalları açıqlanmayıb.
“Eldense”nin açıqlamasında qeyd olunub ki, yeni rəhbərliyin əsas məqsədi klubun idman və institusional inkişafını təmin etmək, həmçinin onun uzunmüddətli perspektivdə mövqeyini gücləndirməkdir.
Qeyd edək ki, Messinin “Eldense”ni alacağı barədə məlumatlar sentyabr ayında yayılmışdı. Sentyabrın 9-da Elda şəhərinin rəhbərliyi argentinalı futbolçunun klubu almaq üçün prinsipial razılığa gəldiyini təsdiqləmişdi.

“Eldense” 1921-ci ildə yaradılıb və hazırda İspaniyanın ikinci liqası olan La Liqa 2-də mübarizə aparır.
Klubun məlumatına görə, sövdələşmənin rəsmiləşdirilməsi İspaniyanın Ali İdman Şurasının təsdiqindən sonra yekunlaşacaq.

Latest articles

More like this