Xəbərlər

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb

BEY.AZ informasiya agentliyi xəbər verir


2023-cü ilin hazırlıq planına əsasən, “N” hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı başa çatıb.

Müdafiə Nazirliyindən bey.az-a verilən xəbərə görə, toplanış müddətində hərbi vəzifəlilərlə döyüş hazırlığı üzrə məşğələlər keçirilib, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, eləcə də düzgün istifadə qaydaları öyrədilib.

Həmçinin hərbi vəzifəlilərin mənəvi-psixoloji vəziyyətləri yoxlanılıb, onlarla milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb.

Təlim toplanışı başa çatdıqdan sonra hərbi vəzifəlilər aidiyyəti dövlət qurumunun nümayəndələrinin müşayiəti ilə yaşayış yerlərinə yola salınıblar.

4baed4be2f 64fab2f17403d64fab2f17403e169415140964fab2f17403b64fab2f17403c BEY.AZ

b2c935ed2e 64fab2f17b55464fab2f17b555169415140964fab2f17b55164fab2f17b553 BEY.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Hərbi #vəzifəlilərlə #keçirilən #təlim #toplanışı #başa #çatıb

Bir yanıt yazın

Başa dön tuşu