EvXəbərlərİranın yaydığı bu məlumat təkzib edildi

İranın yaydığı bu məlumat təkzib edildi

Published on

spot_img

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-a məxsus sualtı pilotsuz aparatın Hörmüz boğazında ələ keçirilməsi ilə bağlı bəyanatını təkzib edib.
BEY.AZ xəbər verir ki, CENTCOM-un nümayəndəsi, kapitan Tim Hokins bunu Qətərin “Al Jazeera” telekanalına bildirib.
“Biz hazırda fəaliyyət göstərən bütün pilotsuz aparatlarımız üzərində etibarlı nəzarətə malikik”, – o söyləyib.
Hokins İran tərəfinin iddialarını “açıq-aşkar ümidsizlik təzahürü” adlandırıb.

Qeyd edək ki, bundan əvvəl SEPAH-ın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında keçirilən əməliyyat zamanı casusluq fəaliyyəti ilə məşğul olduğu ABŞ-ın “Remus 6002 muxtar sualtı nəqliyyat vasitəsini ələ keçirdiyini iddia etmişdi.

Latest articles

More like this