Rusiya ordusu sentyabrın 27-si axşam saatlarında Ukraynanın Kiyev şəhərinin ən böyük “Stoliçnı” bazarına hava zərbəsi endirib.
BEY.AZ xəbər verir ki, bu barədə Kiyev vilayət Prokurorluğu məlumat yayıb.
Məlumata görə, hava hücumu zamanı bazarda yanğın baş verib və nəticədə iki nəfər ölüb. Daha 10 nəfər isə yaralanıb.
“Stoliçnı” bazarında çalışan soydaşlarımız da var.
Qeyd edək ki, daha öncə yayılan məlumatlara görə, hücum nəticəsində Azərbaycan vətəndaşı, Kürdəmir rayon sakini, 1978-ci il təvəllüdlü Abbas Abbasov həyatını itirib. Yaralananlardan neçəsinin azərbaycanlı olduğu isə hələlik bilinmir.
Ukraynanın paytaxtı Kiyev ətrafında yerləşən “Stolıçnı” kənd təsərrüfatı bazarı Rusiya ordusunun reaktiv dron hücumuna məruz qalıb.
BEY.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, hücum nəticəsində Azərbaycan vətəndaşı, Kürdəmir rayon sakini, 1978-ci il təvəllüdlü Abbas Abbasov həyatını itirib.
Məlumata görə, Abbas Abbasov bazarda ticarətlə məşğul olub.
Hücum zamanı daha bir neçə Azərbaycan vətəndaşının da yaralandığı bildirilir. Yaralananların kimliyi müəyyənləşdirilir.
