Türkiyənin İstanbul şəhərində güclü yağış daha bir faciəyə səbəb olub.
BEY.AZ xəbər verir ki, oktyabrın 14-də şəhərin Fatih rayonunun Balat məhəlləsində yerləşən Çukurbostan parkında dəhşətli hadisə qeydə alınıb. Belə ki, 14 yaşlı M.İ. parkdakı su gölməçəsinə basdığı zaman onu elektrik cərəyanı vurub.
Huşunu itirən yeniyetmə xəstəxanaya çatdırılıb. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İstanbul Valiliyi hadisə ilə bağlı açıqlama yayaraq yeniyetmənin su gölməçəsinə basdığı anda elektrik cərəyanına məruz qaldığını təsdiqləyib.
Faktla bağlı araşdırma başladılıb.
