Xəbərlər

“Mənim kimi bir xanım sevgilisiz qalar?” – Mənə 10 min qızılgül göndərib…

BEY.AZ informasiya agentliyi xəbər verir


“İnsan kövrəlir ki, yaş üstünə yaş gəlir, ömürdən gündən gedir. Özümə can sağlığı arzu edirəm”.

bey.az xəbər verir ki, bu sözləri Olay.az-a açıqlamasında bu gün doğum gününü qeyd edən müğənni Mətanət Əsədova deyib.

“Unudulmaz ad günümdə mənim üçün yanımda əvəzolunmaz insanlar var idi. O mənim yadımdan çıxmır”, – deyə, bildirən Əsədova bu gün məclis keçirməyəcəyini bildirib:

“Hər zaman ad günümü sevgililər günündə qeyd edirəm. Mənim kimi bir xanım sevgilisiz qalar yəni? Sevdiyim də var, sevirəm də. Çox xoşbəxtəm!”.

1644562712 metanetesedovaofficial 70694166 169787120831484 7500845042790748407 n BEY.AZ

Sənətçi ona verilən hədiyyələrdən də söz açıb:

“Ürəklə, qəfil sürpriz etməyi mənim kimi kimsə mənə edə bilməz. Mənim üçün belə şeylər ediblər, amma o cəsarət, hünər yalnız məndə ola bilər. O ürək sahibi yalnız özüməm!

Qızıldan, brilliantdan da qiymətli gül çələngi gəlib mənə. Onu məni çox sevən bir insan göndərib. 10 min 1 qızılgül gəlmişdi, onun da qiymətini hesablayın görün nə qədər edir… Nəinki mənim, ad günümdəki qonaqlarım dəhşətə gəlmişdi. Heyif ki, gül gəlir, solur. İnsanın ömrü bir gül qədər deyil”.

1644562732 metanetesedovaofficial 242599215 314116033814719 450782977302841118 n BEY.AZ

Qeyd edək ki, Mətanət Əsədova 1970-ci ildə Göyçayda anadan olub. Sənətçi müğənnilik fəaliyyətinə Bakıya köçəndən sonra 1990-ci ildən başlayıb. İlk mahnısını 1994-ci ildə oxuyub. Azərbaycanın Xalq Artisti Alim Qasımovun tələbəsidir.
1644562750 metanetesedovaofficial 66130007 493892888027312 547635525887043972 n BEY.AZ1644562751 metanetesedovaofficial 68784382 370058883686373 1844185532761339804 n BEY.AZ1644562751 metanetesedovaofficial 271680558 309425607778673 2503081317255073304 n BEY.AZ




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

Başa dön tuşu