Xəbərlər

Məşhurlarımız təhlükəsizliklərini belə qoruyur – SİYAHI

BEY.AZ informasiya agentliyi xəbər verir


Son vaxtlar Azərbaycanda baş verən hadisələr gündəmi zəbt edib. Millət vəkili Fazil Mustafanın güllələnməsi diqqətləri təhlükəsizliklərini qoruyan məşhurların üzərinə də yönəldib. Dünyaca məşhur simaların demək olar ki, 90 faizi cangüdənsiz çöldə gəzmirlər.

Bəs, görəsən, Azərbaycanda hansı məşhurların şəxsi mühafizəçisi var?

bey.az Lent..az-a istinadən bununla bağlı yazını təqdim edir.

Xalq artisti Aygün Kazımovanı illərdir mühafizə edən biri var. Cangüdəni “diva”nı konsertlərində, məkanlarda və xarici ölkələrdə onu izləyir.

507339 1680254352 BEY.AZ

Xalq artisti Röyanın da şəxsi mühafizəçisi var. Mühafizəçisi müğənninin məkanlarda və başqa yerlərdə təhlükəsizliyini təmin edir.

İş qadını Ruhi Əliyevanı da mühafizə edən bir neçə adamı var.

ruhi liyeva 1680254437 BEY.AZ

Xalq artisti Nazpəri Dostəliyeva da cangüdəni olan məşhurlardandır. Hətta o, açıqlamasında bu barədə “Bütün konsertlərimdə cangüdən olub. Konsertin gedişatı, pərəstişkarların özünü saxlaya bilmədiyi üçün cangüdən lazımdır”, – deyə, bildirib.

Müğənni Natavan Həbibinin bir müddət əvvəl məkanların birində, səhnəyə cangüdənlə gəlməsi diqqətdən yayınmayıb.

Müğənni Rəqsanə İsmayılovanın də şəxsi cangüdəni var.

Müğənni Xatun Əliyevanın da şəxsi mühafizəçisi olması bəllidir. O, müsahibələrinin birində “Özümə düşmən qazanmışam. Cangüdənlə gəzən ilk ifaçıyam”, – deyib.

Meyxanaçı Pərviz Bülbülə də cangüdənsiz çöldə gəzməyən tanınmışlardandır. O, bölgələrdə dəvət aldığı məclislərə, paytaxtdakı bəzi məkanlara mühafizəçisi ilə gedir.

BEY.AZ

Müğənni Nüşabə Ələsgərlinin şəxsi cangüdəni həm də onun həyat yoldaşıdır.

Screenshot%202023 03 31%20133115 1680254754 BEY.AZ

Azərbaycanlı model Günay Musayeva cangüdəni olmadan məkanlara getmir.

Digər məşhurlar kimi müğənni Üzeyir Mehdizadənin də şəxsi qoruması var.

151332 c7d83kkgt1 1680254790 BEY.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Məşhurlarımız #təhlükəsizliklərini #belə #qoruyur #SİYAHI

Bir yanıt yazın

Başa dön tuşu