Xəbərlər

Maştağa sakinində “Makarov” markalı tapança aşkarlandı

BEY.AZ informasiya agentliyi xəbər verir


Polis əməkdaşları əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkarlanması məqsədilə Sabunçu rayonunda növbəti tədbir keçirib.

İlgili Makaleler

Bu barədə bey.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayon polis idarəsinin 14-cü polis şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və odlu silah saxlayan əvvəllər məhkum olunmuş Maştağa qəsəbəsi sakini, 1974-cü il təvəllüdlü Eldar Babayev tutulub. Ondan narkotik vasitə olan heroin, bir “Makarov” markalı tapança, dörd patron və 1 patron darağı aşkarlanıb.

Faktla bağlı 14-cü polis şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.

a848c28db1 BEY.AZ





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Maştağa #sakinində #Makarov #markalı #tapança #aşkarlandı

Bir yanıt yazın

Başa dön tuşu