EvXəbərlərMerts Aİ-nin Qərbi Balkanlarla bağlı planlarını açıqladı

Merts Aİ-nin Qərbi Balkanlarla bağlı planlarını açıqladı

Published on

spot_img

Almaniya kansleri Fridrix Merts Qərbi Balkan ölkələrinin Avropa İttifaqına inteqrasiyasını geri dönməz etməyin zəruriliyini bəyan edib.
BEY.AZ xəbər verir ki, o, bu bu barədə Monteneqroda “Berlin Prosesi” sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
“Qərbi Balkanlar böyük dövlətlərin nüfuz uğrunda mübarizə meydanına çevrilməməlidir. Bu region dövlətlərinin yolunun dönməz şəkildə Avropa İttifaqına aparması hamımızın ümumi maraqlarına uyğundur”, – deyə o, qeyd edib.
Onun sözlərinə görə, Aİ-yə üzvlük perspektivi və Avropa daxili bazarına çıxış imkanı regionda sabitliyin təmin olunmasına kömək edəcək. O vurğulayıb ki, Qərbi Balkan ölkələri həm coğrafi, həm də siyasi baxımdan Avropaya aiddir.
Merts etiraf edib ki, uzun müddət ərzində regionun Avropaya inteqrasiyası yalnız “gözəl nitqlər” mövzusu olaraq qalıb. Onun qiymətləndirməsinə görə, hazırda “konkret irəliləyişə” nail olmaq mümkün olub.

“Monteneqro Aİ-yə tezliklə üzv olmaq yolunda ən yaxşı mövqedədir, onun ardınca digər ölkələr də gəlməlidir”, – deyə kansler əlavə edib.
Hüseyn İbadlı

Premium Usta Elanları
Premium Elan ver

Latest articles

More like this