Azad olunan ərazilərdə 12-18 oktyabrda 66 tank əleyhinə mina, 188 piyada əleyhinə mina, 631 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
BEY.AZ-ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 1420.9 hektar ərazi minalardan təmizlənib.
