ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün mümkün olan bütün addımları atmağa hazırdır.
BEY.AZ xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Özbəkistanda jurnalistlərlə söhbəti zamanı bildirib.
“Düşünürəm ki, prezident münaqişəyə son qoymaq üçün mümkün olan bütün addımları atmağa hazırdır”, – deyə o vurğulayıb.
Rubionun sözlərinə görə, Tramp Moskva ilə Kiyev arasında mümkün danışıqların müsbət nəticə verməsini və daha bir “fəlakətli münaqişə ilinin” qarşısının alınmasını istəyir.
Qeyd edək ki, oktyabrın 9-da Rusiya Prezidenti Vladimir Putin və Tramp Rusiya dizel yanacağının ABŞ və dünya bazarlarına tədarükü ilə bağlı razılığa gəliblər. Putin bu razılaşmanın qlobal iqtisadiyyatın sabitləşməsinə kömək edəcəyini bildirib.
Müəllif: Valeh
