EvXəbərlərZelenski müharibənin başa çatmasını istəmir

Zelenski müharibənin başa çatmasını istəmir

Published on

spot_img

Zelenski bu müharibəni bitirmək istəmir və yəqin ki, heç vaxt istəməyib. O, iki il əvvəl indikindən daha əlverişli razılaşma əldə edə bilərdi.
BEY.AZ xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial hesabında paylaşımında bildirib.
Trampın sözlərinə görə, Zelenski Rusiyadakı dizel yanacağı istehsal edən neft emalı zavodlarını hədəfə alır və bu hücumların ABŞ da daxil olmaqla dünya dizel bazarlarına ciddi zərər vurduğunu bilir.
ABŞ Prezidenti bildirib ki, yaranmış vəziyyətdən fermerlər, heyvandarlıq təsərrüfatları və müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələr ciddi zərər çəkirlər.
“Zelenski buna əhəmiyyət vermir. Açığını desəm, Avropanın ona verdiyi böyük maliyyə yardımı və Co Baydenin keçmişdə ayırdığı vəsaitlər fonunda o, bu müharibəni bitirmək istəmir”, – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti Ukraynanın ağır vəziyyətdə olduğunu, ərazilərinin böyük hissəsini itirdiyini, kişi əhalisinin əhəmiyyətli hissəsinin yaralandığını və ya həlak olduğunu iddia edib.
“Onun ölkəsi dağıntılar içindədir, ərazilərinin böyük hissəsi itirilib, dənizlərə çıxışı yoxdur. Mən bu müharibənin başa çatmasını istəyirəm”, – deyə Tramp bildirib.
O, həmçinin Rusiyanın dünya bazarlarına aşağı qiymətlə milyonlarla barel dizel yanacağı göndərdiyini qeyd edib.

Latest articles

More like this