Xəbərlər

Özbəkistanlı defektoloq-loqoped Şahnoza Jabbarova Bakıda təltif olundu

BEY.AZ informasiya agentliyi xəbər verir


Defektologiya pedaqogika, psixologiya, sosiologiya və tibbi özündə birləşdirən mürəkkəb, diqqət tələb edən və məsuliyyətli peşədir. Defektoloqlar inkişafının müxtəlif mərhələlərində qüsurları olan uşaqların təhsili, tərbiyəsi və cəmiyyətə adaptasiyası ilə məşğul olan ixtisaslaşmış müəllimlərdir.

Xüsusi diqqətə ehtiyacı olan uşaqlarla işləmək incəsənətdir desək, yanılmarıq. Bu “incə sənət”in nümayəndələrindən biri də özbəkistanlı mütəxəssis Şahnoza Jabbarovadır.

Öz peşəsini sevən və onu layiqincə yerinə yetirən defektoloq-loqoped “Shams Medical” və “Shams Logo Baby” özəl loqoped mərkəzlərinin təsisçisi, Fərqanə şəhər psixoloji-tibbi-pedaqoji komissiyasının üzvüdür. Sevdiyi işlə məşğul olan Şahnoza Jabbarovanın istəyi bütün uşaqları sağlam və xoşbəxt görməkdir. O, sağlamlıq imkanları məhdud uşaqlara loqopedik dərslər verərək, onların hərtərəfli maraq və təfəkkürünü inkişaf etdirir, komplekslərindən qurtulmalarına kömək edir. Həyatdakı ən böyük motivasiyasını da məhz bu uşaqlardan alır.

Defektoloq-loqoped Şahnoza Jabbarova 17-18 Mart 2023-cü il tarixlərində Ritz Carlton oteldə baş tutan “Reputation Awards 2023” mükafatlandırma mərasimində “The Well-Known Speech Therapist of the Year” nominasiyasına layiq görülüb.

3a3e0c2968 b3f4e5c5 9c8e 4a6a 9aa6 037f28da5126 BEY.AZ

01380d1ec6 dc9d96bc 76d1 48b2 a8ff ce8b3ca76770 BEY.AZ




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Özbəkistanlı #defektoloqloqoped #Şahnoza #Jabbarova #Bakıda #təltif #olundu

Bir yanıt yazın

Başa dön tuşu