EvXəbərlərPartiya liderinin İsrailə girişinə qadağa qoyuldu

Partiya liderinin İsrailə girişinə qadağa qoyuldu

Published on

spot_img

İsrail hakimiyyəti Britaniya Yaşıllar Partiyasının lideri Zak Polanskinin ölkəyə girişinə qadağa qoyub; buna partiya üzvlərinin sionizmi pisləyən qətnamə qəbul etməsi səbəb olub.
BEY.AZ xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
İsrailin xarici işlər naziri Gideon Saar partiyanın sionizmi irqçiliklə eyniləşdirən qətnamə qəbul etməsindən sonra bu qərarı elan edib.
XİN-dən bildirilib ki, qətnamə “açıq-aydın antisemit mətn təşkil edir”, çünki o, yəhudi xalqının öz müqəddəratını təyin etmək hüququnu inkar edir.

Hüseyn İbadlı

Latest articles

More like this