EvXəbərlərPutinin anası olduğu iddia edilən qadın vəfat etdi

Putinin anası olduğu iddia edilən qadın vəfat etdi

Published on

spot_img

BEY.AZ informasiya agentliyi xəbər verir



Rusiya Prezidenti Vladimir Putinin əsl anası olduğunu iddia edən Vera Putina 97 yaşında Gürcüstanda dünyasını dəyişib.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, son illərdə qadın Tbilisidə yaşayan 97 yaşlı Putina Gürcüstanın şərqindəki Kasosk bələdiyyəsinin Metexi kəndində dəfn edilib.

Vera Putinanın 1926-cı ildə Perm vilayətində anadan olduğu bildirilir. Qadının sözlərinə görə, o, 1950-ci ildə bir oğlan uşağı dünyaya gətirib və adını Vladimir qoyub. Daha sonra qadın gürcü ilə ailə qurub və oğlu ilə birlikdə Metexiyə köçüb.

0 02 VP 2 1685702677 BEY.AZ

İddialara görə, ögey ata Vladimir ilə pis rəftar edib. Buna görə də qadın oğlunu Rusiyadakı valideynlərinin yanına göndərib və o vaxtdan bəri onu bir daha görməyib. Qadın Vladimir Putini televizorda görəndə tanıyıb.

Qeyd edək ki, Rusiya prezidentinin rəsmi tərcümeyi-halında onun 1952-ci il oktyabrın 7-də Leninqradda anadan olduğu, atası Vladimir Spiridonoviç Putin (1911-1999), anası Putina (Şelomova) Mariya İvanovna olduğu deyilir (1911-1998). Ancaq gürcü hekayəsinə inananlar qeyd edirlər ki, Rusiya prezidentinin uşaqlığı haqqında çox az real məlumat var.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Putinin #anası #olduğu #iddia #edilən #qadın #vəfat #etdi

Latest articles

More like this