Xəbərlər

Qədr gecələrinin vaxtı açıqlanıb – TƏQVİM

BEY.AZ informasiya agentliyi xəbər verir


Ramazan ayının Qədr (Əhya) gecələrinin vaxtı açıqlanıb.

bey.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvimində qeyd edilib.

Təqvimə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni aprelin 19-a təsadüf edəcək.

Belə ki, aprelin 21-i (Ramazan ayının 20-dən 21-nə keçən gecə), 23-ü (Ramazan ayının 22-dən 23-nə keçən gecə) və 27-də də (Ramazan ayının 26-dan 27-nə keçən gecə) Qədr gecələri olacaq.

Qeyd edək ki, Ramazan ayı Azərbaycanda aprelin 2-də başlayacaq. Şəvval ayının 1-i, yəni mayın 2-də Ramazan (Fitr) bayramı olacaq.

Qafqaz Müsəlmanları İdarəsinin tərəfindən təsdiqlənən təqvim aşağıdakı kimidir:

1648556169 e9c78f26 c9a0 32c7 b95d 3ee8630240e4 BEY.AZ

1648555689 ramazan teqvim 290322 BEY.AZ




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

Başa dön tuşu