Xəbərlər

Şamaxıda dağlıq ərazi yanır – YENİLƏNİB / FOTO

BEY.AZ informasiya agentliyi xəbər verir


Şamaxı rayonunun Mədrəsə qəsəbəsi yaxınlığında dağlıq ərazidə baş verən yanğın davam edir.

bey.az APA-ya istinadən xəbər verir ki, yanğın Kərkənd ərazisində mürəkkəb dağlıq relyefə malik sahədə qeydə alınıb. Yanan ərazi kol-kos və otlaq sahədən ibarətdir. Əraziyə Şamaxı Yanğından mühafizə bölməsinin 25 nəfər şəxsi heyəti, yanğınsöndürən avtomobilləri cəlb olunub.

İlkin məlumata görə, yanğın ümumilikdə 3 hektar ərazini əhatə edir.

15:25

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən bey.az-a verilən xəbərə görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğınsöndürmə işləri mürəkkəb relyef şəraitində, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilir.

Əlavə məlumat veriləcək.

bf20664cbf 64de16665d8ac64de16665d8ae1692276326febbcc14506d765527a22a610ed790ba BEY.AZ

33a4f745e8 64de1666206e764de1666206e81692276326b6d73c200b032db7d0565e9cf03c8ba4 BEY.AZ

1904a8bfd3 64de1666954cf64de1666954d0169227632656e74f2e1d502b2fd7f3d58a087e0c53 BEY.AZ





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Şamaxıda #dağlıq #ərazi #yanır #YENİLƏNİB #FOTO

Bir yanıt yazın

Başa dön tuşu