Xəbərlər

Təhsil naziri sosial şəbəkədə məşhur olan müəllimlə görüşüb

BEY.AZ informasiya agentliyi xəbər verir


Lənkərana səfər edən təhsil naziri Emin Əmrullayev rayonun ucqar Jidi dağ kənd məktəbinə baş çəkib.

bey.az xəbər verir ki, məktəbdə yaradılmış şəraitlə tanış olan Emin Əmrullayev təhsil müəssisəsinin müəllim və şagird kollektivi ilə görüşüb, tədris prosesini izləyib.
Nazir həmçinin, son dövrdə sosial şəbəkələrdə fərqli ideyaları ilə tanınan, şagirdləri ilə səmimi ünsiyyət yaradaraq onların sevimlisinə çevrilən ucqar dağ kənd məktəbinin müəllimi Leyla Qarazadə ilə də görüşüb, onunla söhbət apararaq fəaliyyətində uğurlar arzulayıb.

Leyla Qarazadə öz növbəsində şagirdləri ilə ünsiyyətindən, onlarla birgə yaratdığı fərqli ideyalardan danışıb və ona göstərilən diqqət üçün təşəkkür edib.

Təhsil nazirinin Lənkərana səfəri davam edir.
1646203325 bac72572 29e1 3732 9225 2e2c1eafefcd BEY.AZ
1646203338 61ab171b f328 3be5 a05c 34010b90d942 BEY.AZ
1646203334 4583127f aa93 3dd9 beba 7c2877ed446e 850 1 BEY.AZ

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

Başa dön tuşu