EvXəbərlərTanınmış bloger həkimlərdən üzr istədi: “Əməlimdən peşmanam”

Tanınmış bloger həkimlərdən üzr istədi: “Əməlimdən peşmanam”

Published on

spot_img

Tanınmış bloger-model Leyla Mirzəliyeva məhkəmə qətnaməsinin icrası çərçivəsində dermatoloq Dr. Mehdi İskəndərlidən üzr istəyib.
BEY.AZ xəbər verir ki, bloger həkimin işgüzar nüfuzuna xələl gətirmək üçün onun barəsində bilərəkdən iftira və şayiələr yaydığını etiraf edib.
Leyla Mirzəliyeva açıqlamasında bu addımından peşman olduğunu bildirərək həkimi nüfuzdan salmağa çalışdığını qeyd edib. O, həkimlərə qarşı əsassız ittihamlar səsləndirməyin yolverilməz olduğunu vurğulayıb, sosial media istifadəçilərini və blogerləri belə hallardan çəkinməyə çağırıb.
Xatırladaq ki, model bir müddət əvvəl ombasına dolğu vurdurduqdan sonra ağır fəsadlarla üzləşdiyini açıqlamışdı. O, süni gelləri bədənindən çıxarmaq üçün bir ay ərzində doqquz dəfə əməliyyat olunduğunu bildirmişdi.

Latest articles

More like this