EvXəbərlərTramp Putindən onu azad etməsini istədi: Stivin Habbard kimdir?

Tramp Putindən onu azad etməsini istədi: Stivin Habbard kimdir?

Published on

spot_img

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putindən 2024-cü ildə Rusiyada muzdluluq ittihamları ilə məhkum edilmiş Amerika vətəndaşı Stiven Habbardın azadlığa buraxılmasını xahiş etdiyini açıqlayıb.
BEY.AZ xəbər verir ki, Amerika lideri qeyd edib ki, Habbardla bağlı vəziyyəti rusiyalı həmkarı ilə ətraflı müzakirə edib.
“Ondan Habbardı buraxmasını xahiş etdim. Görək nə olacaq”, – Tramp deyib.
27 sentyabr 2024-cü ildə Moskva Şəhər Məhkəməsində amerikalı muzdlunun məhkəməsi başlayıb. O, Miçiqandan olan təqaüdçüdür. 2014-cü ildə amerikalı Ukraynaya gəlib, orada onun sevgilisi var idi və sonda onu tərk edib.
Ukrayna tərəfində Rusiya Silahlı Qüvvələrinə qarşı döyüşən 72 yaşlı Stiven Habbard günahını boynuna alıb. O, muzdlu olduğunu və ona qarşı irəli sürülən ittihamları qəbul edib. Ukrayna ordusunda döyüşdüyü üçün ayda min dollar maaş alıb.

Müstəntiqlərin sözlərinə görə, muzdlu əsgər 2022-ci ilin fevral ayında İzyum Ərazi Müdafiə Batalyonu ilə müqavilə imzalayıb, hərbi təlim keçib və sonradan ona silah və geyim forması verilib. Habbard həmin ilin aprel ayında rus hərbçisi tərəfindən saxlanılıb.
2024-cü ilin oktyabr ayında Moskva Şəhər Məhkəməsi onu altı il on ay müddətinə azadlıqdan məhrum etdi. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir. Habbardın 2 aprel 2022-ci ildən bəri həbsdə olduğu müddət onun həbs müddətinə hesablanıb.
Müəllif: Tural

Latest articles

More like this