EvXəbərlərTürkiyədə kütləvi zəhərlənmə: 25 nəfər xəstəxanaya yerləşdirildi

Türkiyədə kütləvi zəhərlənmə: 25 nəfər xəstəxanaya yerləşdirildi

Published on

spot_img

Türkiyənin Siirt vilayətinin Kurtalan rayonunda yeməkdən sonra 25 nəfər özünü pis hiss edərək xəstəxanaya yerləşdirilib.
BEY.AZ xəbər verir ki, hadisə Kayabağlar qəsəbəsində baş verib. Məktəblə əlaqəsi olmayan iaşə obyektindən qida qəbul edən şəxslərdə qısa müddət sonra ürəkbulanma, qusma və qarın ağrısı əlamətləri yaranıb.
Özünü pis hiss edənlərin 12-si şagird, qalanları isə onların valideynləri və digər sakinlər olub. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə çoxsaylı tibbi yardım briqadaları göndərilib. İlkin tibbi yardım göstərilən şəxslər Kurtalan Dövlət Xəstəxanasına aparılaraq müalicə və müşahidə altına alınıblar.
Məlumata əsasən, zərərçəkənlərin ümumi sağlamlıq vəziyyəti yaxşıdır.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma başlanılıb.

Latest articles

More like this