EvXəbərlərTürkiyədə turistləri aparan avtobus aşdı: Xəsarət alanlar var

Türkiyədə turistləri aparan avtobus aşdı: Xəsarət alanlar var

Published on

spot_img

Türkiyənin Antalya əyalətində turist avtobusu yol qəzasında aşıb.
BEY.AZ “AHaber” televiziya kanalına istinadla xəbər verir ki, İsparta-Antalya magistral yolunda marşrut üzrə hərəkət edən sərnişin avtobusu aşıb. Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Qurbanların dəqiq sayı və xəsarətlərinin ağırlığı hələlik müəyyən edilməyib.
Qəza səbəbindən magistral yolun bir hissəsi bağlanıb və bu da tıxac yaradıb. Qəzanın səbəbi araşdırılır.
Hadisə yerində təcili yardım xidmətləri işləyir. Sərnişinlər arasında xarici turistlərin olub-olmadığı və ya qəzanın səbəbləri barədə hələlik məlumat verilməyib.

Müəllif: Tural

Latest articles

More like this